Azərbaycan voleybolçusu karyerasını Polşada davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Polşada davam etdirəcək.

Millimizin hücumçusu “Pila” klubu ilə müqavilə imzalayıb.

Ötən mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirən voleybolçumuz noyabrın 2-də yeni komandasında debüt edəcək. Belə ki, Polşa çempionatının ilk turunda “Lodz” komandası ilə görüşdə M.Əzizova “Pila”nın şərəfini qoruyacaq.

Xəbər 900 dəfə oxundu.