İmişlidə cüdo üzrə region birinciliyinə yekun vurulub
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir.

İmişlidə keçirilən region birinciliyində 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Camal Ələsgərov (46 kq), Heydərli Quliyev (50 kq), Səmid Qarayev (55 kq), Mirrəfli Bağırov (60 kq), Anar Abbasov (66 kq), Səid Orucov (73 kq) və İsaq Mirzəyev (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Xəbər 356 dəfə oxundu.