2021-ci ildə ağır atletika üzrə dünya çempionatına Peru ev sahibliyi edəcək
2021-ci ildə ağır atletika üzrə dünya çempionatı Perunun paytaxtı Limada keçiriləcək.

Bu haqda qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Türkmənistanın paytaxtı Aşqabadda keçirilən iclasında qəbul olunub.

Cari ildə dünya çempionatı Aşqabadda noyabrın 1-10-da keçiriləcək. Ötən il mundiala ABŞ-ın Anahaym şəhəri ev sahibliyi edib. Növbəti il isə çempionat Tailandın Pattaya şəhərində təşkil ediləcək.

Xəbər 895 dəfə oxundu.