Aleks «Qalatasaray»ı 8-ci dəfə məyus etmək istəyir
«Qalatasaray»la «Fənərbağça» arasında Türkiyə Superliqası pley-offunun çempionlar qrupundakı matç bir rekord imkanlı məqamla diqqət mərkəzində olacaq. İdman.com.az saytının məlumatına görə, «fənər»li Aleks bu oyunda komandasının «sarı-qırmızılar»la rəqabətində bir rekordu təkrarlamaq, bəlkə də təzələmək niyyətindədi. Belə ki, braziliyalı indiyə kimi bu rəqibinin qapısından 7 qol keçirib. «Qalatasaray»ın qapısına indiyə kimi ən çox qol vuran «Fənərbağça»lı isə Aykut Qocamandır. O karyerasında 8 dəfə «Cim-Bom»un qapıçılarını məyus edib. İndi də Aleks onun bu nəticəsinə şərik çıxmaq istəyir.

Ancaq bu iki klub arasındakı 103 illik rəqabətdə ən yüksək qol göstəricisi 9 rəqəmdi. Bu qədər qolu bir futbolçu rəqib qapısından vurub ki, o da həmin sayda «Fənər»i məyus etmiş «Qalatasaray»ın əfsanəsi Mətin Oktaydır.
Aleksə gəldikdə, o «Trük Telekom Arena»dakı son iki matçdan əliboş çıxmayıb. Keçən mövsüm 2:1-lik qalibiyyətdə və bu mövsüm 1:3-lük məğlubiyyətli oyunun hər birində o 1 qol vurub.

Derbilərdə fəallığı ilə seçilən kapitan «Beşikdaş» və «Qalatasaray»a qarşı keçirdiyi son 6 oyunda 7 qol vurub. Bunların 4-nü «ağ-qara»ların, 3-nü isə «sarı-qırmızılıların» qapısından keçirib. Ümumiyyətlə, braziliyalı hücumçu bu iki rəqibə qarşı karyerasında keçirdiyi 39 oyunda 21 qol vurub. Bunlardan 13-nü «Beşiktaş»a qarşı keçirdiyi 21 oyunda, 8-ni isə «Qalatsaray»a qarşı oynadığı 18 matçda vurub.

Türkiyə karyerasında 2 dəfə çempionatın bombardiri olmuş Aleks ötən mövsüm «100-lər klubu»na girib, bu mövsüm isə 30 oyun 14 qol vurub. Türkiyədə 8-ci mövsümünü keçirən Aleks də Souza «Fənərbağça» formasıyla indiyə qədər oynadığı 237 çempionat matçında cəmi 136 qol vurub.

Xəbər 1105 dəfə oxundu.