“Qəbələ”nin “Herta” ilə oyunlarının vaxtı dəqiqləşib
“Qəbələ” futbol klubunun U-19 komandasının UEFA Gənclər Liqasında “Herta” (Almaniya) ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.

Çempionlar yolunun II mərhələsinin ilk oyunu noyabrın 7-də Qəbələ şəhər stadionunda saat 17:00-da başlayacaq.

Cavab matçı Berlində “Vurfplats” stadionunda oynanılacaq. Noyabrın 28-də baş tutacaq “Herta”–“Qəbələ” görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda Çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.

Xəbər 695 dəfə oxundu.