Boccia üzrə paralimpiya millimizin İtaliyada çıxışı yüksək qiymətləndirilib
Oktyabrın 30-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti Vüqar Əsgərov İtaliyada boccia üzrə açıq regional turnirdə uğurla çıxış edən millimizin üzvləri ilə görüşüblər.

Komitədə təşkil olunan tədbirdə boccia üzrə millimizin baş məşqçisi, Federasiyanın baş katibi İlham Məhərrəmov və idmançılar əldə olunan nailiyyət barədə məlumat veriblər.

Qeyd olunub ki, paralimpiyaçılarımız idmanın bu növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanıblar. Fərdi yarışlarda idmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl, millimiz isə komanda yarışında bürünc medal qazanıb.

İ.Rəhimov və V.Əsgərov idmançıları təbrik edib və onlara növbəti yarışlarda uğurlar arzulayıblar.

Sonra qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbər 1040 dəfə oxundu.