FHN-in əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, çempionatda Azərbaycanı təmsil edən nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, idman ustası Rüstəm Müslümov 81 kiloqram çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Dünya çempionatlarında iki dəfə mükafat qazanan Rüstəm Müslümov, həmçinin Avrasiya çempionatının qalibi olub.


Xəbər 915 dəfə oxundu.