“Keşlə” klubu baş məşqçi Mladen Milinkoviç ilə yollarını ayırıb
Bakının “Keşlə” futbol klubu baş məşqçi Mladen Milinkoviç ilə yollarını ayırıb.

Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Mladen Milinkoviç “Keşlə”yə cari il iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı “Zirə”ni 1 xal qabaqlayır.

Xəbər 795 dəfə oxundu.