Qadın sablyaçılardan ibarət Azərbaycan millisi Fransada keçiriləcək dünya kubokuna hazırlaşır
Qadın sablyaçılardan ibarət Azərbaycan yığma komandası Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışındadır. Oktyabrın 24-də başlamış təlim-məşq toplanışı noyabrın 6-dək davam edəcək.

Toplanış noyabrın 9-dan 11-dək Fransanın Orlean şəhərində keçiriləcək qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında dünya kubokuna hazırlıq xarakteri daşıyır.

Məşqlərdə sablyaçılarımızla birgə Türkiyə idmançıları da iştirak edir. Şəxsi və komanda üzrə keçiriləcək yarışda ölkəmizi Sevil və Sevinc Bünyatova bacıları, Səbinə Kərimova ilə Aysel Əhədova təmsil edəcək.

Xəbər 766 dəfə oxundu.