Milan nəhəngləri yapon qapıçının izində
Yaxın vaxtlarda İtaliya çempionatında yapon qapıçı peyda ola bilər. İdman.com.az saytının məlumatına görə, İtaliya futbolunun iki Milan nəhəngi – «Milan» və «İnter» Yaponiya yığmasının qolkiperi Eydzi Kavazima ilə müqavilə bağlamaq imkanlarını araşdırırlar. 29 yaşlı Kavazima hazırda Belçikada «Lyers»in qapısını qoruyur. Ancaq artıq o, daha sanballı çempionatda oynamaq niyyətindədir.

Xəbər 1231 dəfə oxundu.