Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəliləyiblər
Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi reytinq cədvəlində 10 pillə irəliləyib. Hazırda 125-ci sırada qərarlaşan Edinin hesabında 13 min 870 reytinq xalı var. Siyahıda irəliləyənlər arasında digər badmintonçumuz Ezmi Qovimuramadhoni də var. 271-ci sıraya yüksələn Qovimuramadhoni reytinqdə 21 pillə irəliləyib. Ezminin aktivindəki xalların sayı 5 min 438-ə bərabərdir.

Kişilərin qoşa reytinqində 2 pillə irəliləyən Edi-Ezmi tandemi siyahıda 116-cıdır. Badmintonçularımızın reytinq xallarının sayı 11 min 290-a bərabərdir.

Xəbər 907 dəfə oxundu.