Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol çempionatı keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol çempionatı keçirilib.

Çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında təşkil olunub.

Oktyabrın 26-da final görüşündə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandasını (DYMX) 3:0 hesabı ilə məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivi (TTNDA) yarışın qızıl medalına layiq görülüb.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Xəbər 1073 dəfə oxundu.