Riberi ilə Robbenin arasında dava düşüb
Çempionlar Liqasında «Bavariya» ilə «Real»ın qarşılaşması bir sıra futbolətrafı hadisələrlə diqqəti kəçib. İdman.com.az saytının məlumatına görə, onların sırasında ən maraqlısı Münhenlilərin iki lideri – Frank Riberi ilə Aryen Robbenin arasında soyunub-geyinmə otağında dava düşməsidir.

Məlum olub ki, bu iki futbolçu arasında mübahisə oyunun birinci yarısında cərimə zərbəsini kimin vurmasını müəyyən etdikləri zaman düşüb. Meydanda onlar ancaq söz atışıyla kifayətləniblər. Soyunub-geyinmə otağına gəldikdə isə hadisə böyüyüb.

Xəbər 1063 dəfə oxundu.