UEFA Avropa Liqasının üçüncü turuna yekun vurulub
Oktyabrın 25-də UEFA Avropa Liqasının üçüncü turuna yekun vurulub.

Turun gözlənilməz hesabı Türkiyədə qeydə alınıb. "İ" qrupunda yer alan "Beşiktaş" doğma meydanda Belçikanın "Genk" klubuna 2:4 hesabı ilə uduzub. Qrupun digər oyunuda "Malmö" səfərdə "Sarpsborg 08"la 1:1 hesabı ilə heç-heçə edib.

Digər Türkiyə təmsilçisi "Fənərbağça" isə səfərdə Belçikanın "Anderlext" klubu ilə heç-heçə edib (2:2). "D" qrupunun digər oyununda "Spartak Trnava" doğma meydanda "Dinamo Zaqreb"ə uduzub (1:2).

İspaniyanın "Sevilya" klubu Türkiyənin digər təmsilçisi "Akhisarspor"u 6:0 hesabı ilə darmadağın edib.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" klubu səfərdə Çexiya "Yablonets"i heç-heçə edib - 1:1.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

AEK (Kipr) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

Sürix" (İsveçrə) - "Bayer" (Almaniya) - 3:2

B qrupu

"Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 2:0

"Zaltsburq" (Avstriya) - "Rusenborq" (Norveç) - 3:0

C qrupu

"Kopenhagen" (Danimarka) -"Slaviya" (Çexiya) - 0:1

"Zenit" (Rusiya) - "Bordo" (Fransa) - 2:1

E qrupu

"Qarabağ" (Azərbaycan) - "Vorskla" (Ukrayna) - 0:1

"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1

F qrupu

"Milan" (İtaliya) - "Betis" (İspaniya) - 1:2

"Düdelanj" (Lüksemburq) - "Olimpiakos" (Yunanıstan) - 0:2

G qrupu

"Reyncers" (Şotlandiya) - "Spartak" (Rusiya) - 0:0

"Vilyarreal" (İspaniya) - "Rapid" (Avstriya) - 5:0

H qrupu

"Ayntraxt" (Almaniya) - "Apollon" (Kipr) - 2:0

"Marsel" (Fransa) - "Latsio" (İtaliya) - 1:3

J qrupu

"Standard" (Belçika) - "Krasnodar" (Rusiya) - 2:1

K qrupu

"Renn" (Fransa) - "Dinamo" (Ukrayna) - 1:2

L qrupu

Çelsi" (İngiltərə) - BATE (Belarus) - 3:1

PAOK (Yunanıstan) - "Videoton" (Macarıstan) - 0:2

Xəbər 1031 dəfə oxundu.