Doha 2023-cü ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək
2023-cü ildə cüdo üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçiriləcək. Bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytı məlumat yayıb.

Bu gün IJF rəhbəri Marius Vizer, Qətərin Taekvando, Cüdo və Karate federasiyalarının prezidenti Xalid Həməd Əl-Attiya və Qətər Federasiyasının baş katibi Eid Əli Əlmuraihi dünya birinciliyinin Dohada keçirilməsi barədə saziş imzalayıblar.

2018-ci il cüdo üzrə dünya çempionatı bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda keçirilib. 2019-cu ildə dünya birinciliyi Tokioda (Yaponiya), 2021-ci ildə isə Vyanada (Avstriya) təşkil olunacaq. Yay Olimpiya Oyunlarının keçirildiyi ildə cüdo üzrə dünya çempionatı təşkil olunmur.

Onu da qeyd edək ki, Doha yaxın illərdə yüngül atletika üzrə dünya çempionatına (2019) və futbol üzrə dünya çempionatının (2022) oyunlarına da ev sahibliyi edəcək.

Xəbər 1000 dəfə oxundu.