Özbəkistan millisi ilə yoldaşlıq görüşü
Özbəkistan Futbol Federasiyasının dəvəti ilə futzal üzrə Azərbaycan milli komandası mayın 3-dən 7-dək Daşkənd şəhərində təlim-məşq toplanışında olacaq. İdman.com.az saytının məlumatına görə, Joze Alesio da Silvanın yetirmələri orada 2 yoldaşlıq oyunu da keçirəcək. Millimiz futzal üzrə Asiya kubokunun final mərhələsinə hazırlaşan Özbəkistan yığması ilə görüşəcək. Bu matçlar mayın 5-də və 6-da baş tutacaq.

Xəbər 1173 dəfə oxundu.