Azərbaycan güləşi üçün tale anı başlayır!
Bu gün Bolqarıstan paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinə start veriləcək. İdman.com.az saytının məlumatına görə, mübarizəyə öncə sərbəst güləşçilər qoşulacaqlar. Azərbaycan milli komandası 3 çəki dərəcəsində lisenziya uğrunda rəqabət aparacaq.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə yığmamız digər 4 çəkidə - Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbəy Alborov (96 kq) ilk lisenziya turnirinə yollanıb.

Bahadırlarımız oyunlara vəsiqə qazanmaları üçün, finala qədər irəliləməlidirlər. Püşkatma mərasimindən sonra, adı çəkilən güləşçilərimizin ilk rəqibləri artıq məlumdur (Qeyd edək ki, lisenziya turnirində ilkin görüşlər Bakı vaxtı ilə saat 17.00-da başlayacaq):

55 kq – 1/8 final - Uladzislau ANDREYEU (Belarus) - Mahmud MƏHƏMMƏDOV (Azərbaycan)

60 kq – 1/8 final - Toğrul ƏSGƏROV (Azərbaycan) - Aleksandr KONTOYEV (Belarus)

96 kq – 1/8 final – Aslanbəy ALBOROV (Azərbaycan) - Georgi Atanasov SREDKOV (Bolqarıstan)

Xəbər 1064 dəfə oxundu.