Badmintonçumuz “Hellas Open-2018”in dörddəbir finalına yüksəlib
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Yunanıstanın Xanya şəhərində keçirilən “Hellas Open-2018” turnirində çıxış edirlər.

Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçularımızdan Edi Reski Dviçayo “International Series” kateqoriyalı turnir çərçivəsində ilk görüşünü 1/16 finalda Danimarka təmsilçisi Martin Bundqaarda qarşı keçirib. Üç set davam edən qarşılaşma badmintonçumuzun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dviçayo 1/8 finalda serbiyalı Luka Miliçlə üz-üzə gəlib. Görüşdə badmintonçumuz 2:0 hesablı qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda turnirin bir nömrəli reytinq favoriti Polşa badmintonçusu Adrian Dziolko ilə qarşılaşacaq.


Xəbər 1022 dəfə oxundu.