MMA döyüşçümüz Nəriman Abbasov Moskvada növbəti sınağına çıxacaq
Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti sınağına çıxacaq.

Təmsilçimiz Moskvada təşkil olunacaq “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan 24 yaşlı N.Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər.

Bu gün keçiriləcək qarşılaşma “MOİK Arena”da baş tutacaq. Moskvadakı görüş hesabında 22 qələbə olan Nərimanın 26-cı döyüşü olacaq. Onun rəqibi isə 15-ci sınağına çıxacaq. Qoqitidze bu döyüşlərdən 9-da qələbə qazanıb.

Xəbər 1231 dəfə oxundu.