Gənc ağır atletlərimiz Avropa çempionatında iştirak etmək üçün Polşaya yola düşüblər
Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində 20 və 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, 40-dək ölkədən 393 atletin (169 qadın+224 kişi) mübarizəyə qoşulduğu turnirdə Azərbaycan 8 idmançı ilə təmsil olunacaq.

Heyətdə 20 yaşadək idmançılardan Rüstəm Qasımov (62 kq) və Səbinə Əzimova (53 kq) yer alıblar. Həmçinin 23 yaşadək ağır atletlərin yarışında Məhəmməd Məmmədli (62 kq), Paşa İbrahimli (69 kq), Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (58 kq), Firuzə İbrahimova (63 kq) və Elnarə Abbasova (69 kq) güclərini sınayacaqlar.

Xəbər 1138 dəfə oxundu.