Fərhad Rəcəbli usta cüdoçular arasında səkkizinci dəfə dünya çempionu olub
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı səkkizinci çempionluqdur.

Xəbər 861 dəfə oxundu.