Azərbaycan boksçuları Olimpiadada bürünc medallar uğrunda rinqə çıxacaqlar
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının boks yarışlarında Azərbaycanın hər iki boksçusu bürünc medal uğrunda rinqə çıxacaqlar.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) tailandlı Atiçay Foemsap ilə üz-üzə gəlib. Avropa çempionumuz ilk görüşündəki uğurunu davam etdirə bilməyib. Yığmamızın bayraqdarı 0:5 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, V.Səfərov medal şansını qoruyur. Həmyerlimiz üçüncü yer uğrunda görüşdə misirli Marvan Mamdou Muhamed ilə rinqə çıxacaq. Döyüş Bakı vaxtı ilə saat 01:15-də başlayacaq.

Olimpiadada 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının gümüş medalçısı Nicat Həsənov da yarımfinalda büdrəyib. O, mərakeşli Yassin Elouarza məğlub olub – 1:4. Bürünc medal uğrunda görüşdə N.Həsənovun rəqibi özbəkistanlı Caxongir Raxmonovdur. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər 927 dəfə oxundu.