Xosep Qvardiola: «10 rəqib müdafiədə duranda oynamaq çətindir»
«Barselona»nın baş məşqçisi Xosep Quardiol komandası Çempionlar Liqası yarımfinalında «Çelsi»yə yenildikdən sonra futbolçularının çox fürsətləri əldən verməsindən, rəqibin isə hədsiz qapalı oynundan gileylənib.

«Bilmirəm ki, qarşıda hələ nə baş verəcək, ancaq belə bir hissiyatım var ki, biz artıq qalib gəlmişik. Bizə daha 24 qol vəziyyəti yaradıb və vurmağımız lazımdı. Biz belə rəqəmlərin müqabilində məğlub olduq. «Çelsi»də uğur var idi, bizdə isə yox» - Quardiolanın bu sözlərini «Marca» dərc edib.
«10 rəqib müdafiədə duranda oynamaq çətindi. Bizim oyunumuzda yeganə çatışmazlıq qol vura bilməməyimizdi. Lakin bu bizim komandaya çağırışdı və onu qəbul edirik».

Xəbər 1151 dəfə oxundu.