“Qəbələ”nin futbolçusu Qambiya ilə oyunda qələbəyə sevinib
“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin IV turunda meydana çıxıb. O, “D” qrupunda keçirilən Qambiya–Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0.

Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. Üçüncü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalırlar.

Xəbər 1239 dəfə oxundu.