Pauerliftinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Birincilikdə 20-ə yaxın idmançı iştirak edib. İdmançılar -75 və +75 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Yekun nəticəyə əsasən, çəkisi 75 kiloqramdan az olan idmançıların mübarizəsində Nihal İmanov qalib adını qazanıb. Yasin Nağıyev ikinci, Arzuman Məmmədov üçüncü olub.

75 kiloqramdan yuxarı çəki dərəcəsində isə ilk üç pillədə Turan Hüseynov, Şahin Məmmədov və Araz Behbudov qərarlaşıblar.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 812 dəfə oxundu.