Gənclər arasında cüdo üzrə dünya çempionatının ilk günündə altı azərbaycanlı atlet yarışacaq
Oktyabrın 17-də Bahama adalarının paytaxtı Nassau şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürür. Çempionatda Azərbaycan yığması da iştirak edir.

Çempionatın ilk günündə tatami üzərinə altı azərbaycanlı cüdoçu çıxır: 55 kq çəki dərəcəsində Balabəy Ağayev Emerson Silva (Braziliya) – Buxçulun Davanıyam (Monqolustan), Rövşən Əliyev isə Livan Rodriqes (Kolumbiya) və Canad Feşko (Macarıstan) görüşlərinin qalibləri ilə qarşı-qarşıya gələcəklər.

66 kq çəki dərəcəsində Kəramət Hüseynov Uqo Veraya (Çili), Tofiq Məmmədov isə Brayan Qarboa (Ekvador) – Qenki Koqa (Yaponiya) görüşünün qalibinə qarşı tatami üzərinə çıxacaqlar.

Qızların 44 kiloqramadək çəki dərəcəsində Ramilə Əliyeva braziliyalı Amanda Arraeşlə, Şəfəq Həmidova isə ispaniyalı Miree Rodriqeslə qarşılaşacaqlar.

Xəbər 876 dəfə oxundu.