Cüdo üzrə səkkizinci “World Masters” turniri Çinin Quançjou şəhərində keçiriləcək
Cüdo üzrə səkkizinci “World Masters” 2018-ci ilin dekabrında Çinin Quançjou şəhərində keçiriləcək.

Dünyanın, o cümlədən Azərbaycanın 16 ən yaxşı cüdo ustasının iştirak edəcəyi yarışlar artıq hər çəki dərəcəsi üzrə dekabrın 15-16-sında müəyyən olunmuş IJF reytinqi siyahısı üzrə keçiriləcək.

Ən yüksək səviyyəli turnirlərdən biri 2011-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.

“World Masters” turnirində planetin ən yaxşı idmançıları – Olimpiya oyunları və dünya çempionatlarının qalibləri, “Böyük dəbilqə” və “Qran-Pri” yarışlarında qalib gəlmiş və mükafatlara layiq görülmüş cüdoçular təmsil olunacaq.

Xəbər 959 dəfə oxundu.