«Mançester Yunayted» ən bahalı klubdur
«Forbs» jurnalı planetin ən bahalı klublarının yeni siyahısını açıqlayıb. Reytiniqn tərtibində komandaların gəlirləri və borcları nəzərə alınıb. Nəticədə dünyanın ən bahalı klubu gözlənildiyi kimi, «Mançester Yunayted» olub.

İdman.com.az saytının məlumatına görə, klubun dəyəri ötən il ərzində 20 faiz artaraq 2,2 milyarda çatıb. Siyahıda ikinci yerdə Madrid «Real»ıdı. «Kral klubu»nun dəyəri 29 faiz artaraq 1,8 milyarda çatıb.
Madridlilərin prinsipial rəqibi – «Barselona» çempionatın turnir cədvəlində olduğu kimi «Real»dan geri qalır və siyahıda üçüncüdü. Kataloniya klubunun dəyəri 1,3 milyarddır.

İlk onluğa həmçinin London «Arsenal»ı ($1,2 mlrd), Münhen «Bavariya»sı ($1,2 mlrd), İtaliya «Milan»ı ($989 mln), ingilis «Çelsi»si ($761 mln) və «Liverpul»u ($619 mln), Turin «Yuventus» u ($591 mln) və alman «Şalke»si ($587 mln) daxildir.

Xəbər 1044 dəfə oxundu.