Güləş üzrə Avropa çempionu: Dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacağam
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığımız yüksək səviyyədə gedir. Rəqabətin gərgin olacağını bilirik. Mənə gəlincə çəkindiyim rəqib yoxdur. Dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacağam.

Bu sözləri müsahibəsində Avropa çempionu Eldəniz Əzizli (55 kq) deyib.

İstedadlı pəhləvan qeyd edib ki, ötən yarışlarda əldə etdiyi nəticələr gələcək qələbələr üçün zəmin yaradıb.

“Bu il Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanmışam. Bundan əvvəl isə gənclər arasında dünya çempionu və böyüklərdə qitə çempionatının bürünc mükafatçısı olmuşam. Arzum Budapeştdən Vətənə dünya çempionu kimi qayıtmaqdır. Mənə bəslənilən ümidləri doğrultmağa çalışacağam”, - deyə güləşçi əlavə edib.

AZƏRTAC

Xəbər 809 dəfə oxundu.