Bakıda cüdo üzrə beynəlxalq “Təhsil CUP” turnirinin qalibləri müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə beynəlxalq “Təhsil CUP” turniri keçirilib.

İki gün davam edən yarışda Çexiya, Rusiya, Gürcüstan, Yunanıstan, İran İsrail, Qazaxıstan, İsveç, Türkiyə, Ukrayna, Özbəkistan və Azərbaycandan olan 9 çəki dərəcəsində 646 cüdoçu iştirak edib.

Ümumi medal sayında Türkiyə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq birinci yeri tutub. Rusiyanın Nalçik komandası ikinci (2 qızıl, 1 bürünc), “Aura” idman klubu isə üçüncü (1 qızıl, 1 gümüş, 1 bürünc) olub.

Xəbər 1019 dəfə oxundu.