Samboçularımız dünya birinciliyini beş medalla başa vurublar
Oktyabrın 12-də Tbilisidə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə start götürən dünya birinciliyinə bu gün yekun vurulub.

Yarışların son günü gənclər arasında Eyvaz Baxşıyev (57 kq) qızıl medal qazanaraq dünya birinciliyinin qalibi olub. Yeniyetmələrin mübarizəsində isə Hüseyn Hüseynov (56 kq) üçüncü yerə çıxıb.

Qeyd edək ki, yarışların ilk iki günündə gənclər arasında Fuad Məmmədov (62 kq) gümüş, yeniyetmələrdə Vilayət Bayramov (60 kq), Emin Haqverdiyev (65 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Samboçularımız milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin, yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi ilə çıxış ediblər.

Xəbər 1186 dəfə oxundu.