Samboçularımız dünya birinciliyində iki medal qazanıblar
Oktyabrın 12-də Tbilisidə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi start götürüb.

Yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın heyətində ümumilikdə 18 idmançı mübarizə aparır. Yarışların ilk günü gənclərdən ibarət yığma komandada mübarizə aparan Fuad Məmmədov (62 kq) finala qədər uğurla irəliləsə də qızıl medalın bir addımlığında büdrəyib. Yeniyetmələrin mübarizəsində isə Vilayət Bayramov (60 kq) bürünc medal qazanıb. Beləliklə, komandamızın aktivində 1 gümüş, 1 bürünc medal var. Yarışlar davam edir.

Dünya birinciliyinə oktyabrın 14-də yekun vurulacaq.

Xəbər 1188 dəfə oxundu.