“Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda yarışda mübarizəyə başlayır
Kişi həndbolçulardan ibarət “Bakı” komandası “Çağırış kuboku” uğrunda yarışda iştirak etmək üçün Bosniya və Herseqovinaya yola düşüb.

Təmsilçimiz oktyabrın 13-də Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandası ilə görüşəcək. Banja Luka şəhərində yerləşən “Borik” İdman Arenasında keçiriləcək matçın hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi isə bolqarıstanlı Andrey Andereyev olacaq.

Razılaşmaya əsasən, komandalar arasında cavab matçı da oktyabrın 14-də Bosniya və Herseqovinada keçiriləcək. İlk oyunda “Bakı” kollektivi nominal ev sahibi kimi çıxış edəcək. Hər iki qarşılaşma yerli vaxtla saat 19:00-da başlayacaq.

Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.

Xəbər 1012 dəfə oxundu.