Ronaldinyunun qardaşına 5 il yarım həbs
Braziliya «Flamenqo»sunun ulduz futbolçusu Ronaldinyunun qardaşı və eyni zamanda agenti Roberto de Assis Moreyru 5 il yarımlıq həbs cəzasına məhkum edilib. İdman.com.az saytının məlumatına görə, buna səbəb onun maliyyə fırıldaqlarında əlinin olmasıdı.

Məhkəmə Robertonun Braziliya Mərkəzi bankından müəyyən xarici gəlirləri gizlətməsini sübuta yetirib. Söhbət 2003-2004-cü ildə gələn 800 min dollarlıq gəlirdən gedir. Təqsirləndirilənin həmçinin İsveçrədə bank hesabı var idi ki, bunu da müvafiq orqanlara xəbər etməmişdi.

Bundan əlavə Ronaldinyunun doğma şəhəri Portu Alleqrinin qanunverici orqanı şəhərdə idmanın inkişafı ilə əlaqədar meriya və «Ronaldinyo Qauşo institutu» arasına müqavilənin bağlanmasında yol verilən qanun pozuntularını təhqiq edir.

Xəbər 1144 dəfə oxundu.