Azərbaycan-Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Malta futbol oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olacaqlar. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək.

Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.

Xəbər 1026 dəfə oxundu.