Azərbaycan nümayəndə heyəti Londonda “Leaders in sport” sammitində iştirak edir
İngiltərənin paytaxtı Londondakı “Stanford Bridge” stadionunda “Leaders in sport” sammiti keçirilir.

Tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı, idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edirlər.

2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli Təşkilat Komitəsinin üzvləri də sammitdə təmsil olunurlar. Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

Xəbər 1104 dəfə oxundu.