“Buenos-Ayres-2018”: 52 ölkə medalçılar sırasında yer alıb
Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

Üçüncü yarış günündən sonra Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 22-ci pillədə qərarlaşıb. Azərbaycan millisi cüdoda qızıl, taekvondo yarışlarında isə bürünc medal əldə edib.

Rusiya millisi 13 qızıl, 2 gümüş və 1 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 7 qızıl, 1 gümüş və 1 bürünc medal olan Macarıstan ikinci pillədədir. İtaliya (2-4-6) üçüncü, Hindistan (2-3-0) dördüncü, Kolumbiya (2-2-2) isə beşincidir.

Ümumilikdə 52 ölkə “Buenos-Ayres-2018”də medalçılar sırasında yer alıb.

Xəbər 990 dəfə oxundu.