Səbinə Mikina: bir qələbə yetər
Aprelin 21-də Slovakiya paytaxtı Bratislavada Avropa olimpiya təsnifatlı turnir start götürəcək. İdman.com.az saytının məlumatına görə, həmin yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Sablya növündə Səbinə Mikina mübarizə aparacaq. Şpaqa proqramında Kənan Əliyev ilə Yuliya Nelyubovaya şans verilib.

Milli komandamızın baş məşqçisi Yaşar Məmmədov «İdman» qəzetinə verdiyi açıqlamada deyib ki, adı çəkilən qılıncoynadanlarımızdan London olimpiadasına lisenziya qazanmağa tək bir idmançı şanslıdır.

Bu, Səbinə Mikinadır. O, hazırda 78 xalla reytinqdə 18-cidir. Sablyaçımız ABŞ və Ukraynadan olan həmkarını ötsə, ilk «16-lığı» qapayaraq oyunlara vəsiqə əldə edəcək. Bunun üçün, ona Bratislavada birinci qarşılaşacağı rəqibinə qalib gəlməsi kifayətdir.

KAMRAN

Xəbər 1916 dəfə oxundu.