Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb
Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb.

Təcrübəli referi kişi həndbolçuların “Challenge Cup” turnirinin ikinci mərhələsindən mübarizəyə qoşulacaq Litvanın “VHC Sviesa Vilnius” və “Granitas Karys” komandalarının görüşlərində EHF nümayəndəsi kimi fəaliyyət göstərəcək.

İlk oyun oktyabrın 13-də Kaunas şəhərinin "Kaunas Sport Hall" arenasında, cavab görüşü isə oktyabrın 14-də Litvanın paytaxtı Vilnüsün “LUES Sport Hall” kompleksində keçiriləcək.

Qarşılaşmaları serbiyalı Marko Sekuliç və Vladimir Yovandiç idarə edəcəklər.


Xəbər 980 dəfə oxundu.