Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb.

Olimpiadanın taekvondo yarışlarında mübarizə aparan Cavad Ağayev (63 kq) bürünc medal əldə edib.

İdmançımız ilk görüşündə cənubi sudanlı Stefan Atemə, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Cənubi Koreyadan olan idmançı Ço Vun Huya uduzan C.Ağayev bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Hazırda Azərbaycan 1 qızıl və 1 bürünc medalla ölkələrin sıralamasında 20-ci yerdədir.

Xəbər 774 dəfə oxundu.