Poliatlon çoxnövçülüyü üzrə Astara rayon çempionatı keçirilib
Astara şəhər 3 saylı tam orta məktəbdə çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, müxtəlif növlər üzrə ən güclüləri təyin etmək və rayonun yığma komandasını təsis etmək məqsədilə “Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə Astara rayon çempionatı keçirilib.

Çempionatda yeddi məktəbin komandası dörd növ (100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, turnikdə dartınma və qumbaraatma) üzrə güclərini sınayıb.

Gərgin idman mübarizəsinin yekununda Suparıbağ kənd, şəhər 3 saylı və 2 saylı tam orta məktəblərin komandaları ilk üç sırada qərarlaşıblar.

Fəxri kürsüdə yer alan komandalara Astara rayon gənclər və idman idarəsinin diplom və fəxri fərmanları təqdim olunub.

Xəbər 1049 dəfə oxundu.