2019-cu ildə Bakıda keçiriləcək Bədii Gimnastika üzrə Avropa Çempionatının vaxtı dəyişdirilib
Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının əvvəl nəzərdə tutulandan tez keçirilməsini qərara alıb.

Çempionatın vaxtının dəyişdirilməsi Futbol üzrə Avropa Liqasının gələn il mayın 29-da Azərbaycan paytaxtında keçiriləcək finalı ilə bağlıdır.

Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək.

Mətbuat xidmətinin məlumatında deyilir: “İcraiyyə Komitəsi Avropa Futbol Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə əlaqədar Avropa çempionatının keçirilməsi tarixini dəyişməyi qərara alıb. Avropa birinciliyi mayın 16-dan 19-dək keçiriləcək”.

Xatırladaq ki, 2018-ci ildə bədii gimnastika üzrə Avropa çempionatı İspaniyanın Qvadalaxara şəhərində keçirilib.


Xəbər 848 dəfə oxundu.