Qızlarımız üstünlüklərini qoruya bilmədilər
Bu gün Gürcüstanın paytaxtında UEFA tərəfindən təşkil olunmuş turnirə start verilib. İdman.com.az saytının məlumatına görə, yarışın iştirakçıları sırasında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün ilk matçını keçirib. Sissi Raytın rəhbərlik etdiyi komandamız Türkiyə yığması ilə görüşüb. Seçməmiz oyunda Maya Danqadzenin vurduğu qolla hesabı açsa da, sonradan 3 qol buraxaraq uduzub – 1:3.

Xəbər 948 dəfə oxundu.