Bakıda milli və beynəlxalq dərəcəli güləş hakimlərimiz üçün seminar keçirilib
Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında milli və beynəlxalq hakimlərimiz üçün seminar keçirilib.

AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında keçirilən nəzəri təlimdə 20-yə yaxın ədalət təmsilçisi iştirak edib.

Seminarda hakimlər güləş qaydalarındakı son dəyişikliklər barədə məlumatlandırılıb. Onlardan qarşıdakı yarışlarda daha diqqətli və obyektiv idarəçilik tələb olunub.

Xəbər 1193 dəfə oxundu.