Cüdoçumuz Vüqar Talıbov Olimpiya çempionu adını qazandı
Komandamız Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

İdmançımız Vüqar Talıbov (66 kq) cüdo üzrə yarışlarında qızıl medala layiq görülüb. Təmsilçimiz ilk görüşündə yəmənli Əhəd Əl-Saqheeraya qalib gəlib. Tacikistanlı Camşed Sulaimoni və Antonio Tornalanı (Dominikan Respublikası) məğlub edən cüdoçumuz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı Abrek Naquçevə qalib gələn cüdoçumuz Olimpiya çempionu adına layiq görülüb.

Qeyd edək ki, olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. İdmançılarmız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparırlar.

Xəbər 1382 dəfə oxundu.