Həndbol üzrə Azərbaycan çempionatının ikinci turuna start verilib
Qadınlar arasında həndbol üzrə Azərbaycan çempionatının ikinci turu başlayıb.

Turun ilk günündə Gürcüstanın “Olimpiya” komandası ilə qarşılaşan “Azərsu” həndbolçuları 34:21 hesabı ilə asan qələbə qazanıblar.

Oktyabrın 13-də keçiriləcək turun digər oyunlarında “Gənclər Birliyi” komandası “Azərsu” ilə, “Azəryol” isə “Qarabağ” kollektivi ilə üz-üzə gələcək.

Xəbər 881 dəfə oxundu.