"Yaponiya-2018": Azərbaycanın qadın voleybolçuları İtaliya yığması ilə qarşılaşıblar
Oktyabrın 7-də Azərbaycan millisi Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində ilk oyununu keçirib.

Komandamız İtaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Osaka şəhərində keçirilən ikinci mərhələnin oyunlarında Azərbaycan komandası İtaliya ilə yanaşı, Çin, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparır.

Millimiz növbəti oyununu oktyabrın 8-də Çin yığmasına qarşı keçirəcək.

"F" qrupunda İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb. ABŞ 16 xalla ikinci, Rusiya 15 xalla üçüncü, Çin 12 xalla dördüncü, Tailand 10 xalla beşinci yerdədir. Hesabında 9 xal olan Türkiyə yığması altıncıdır. Azərbaycan və Bolqarıstan isə 6 xalla yeddinci-səkkizinci pilləni bölüşürlər.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.

Xəbər 891 dəfə oxundu.