Milli Gimnastika Arenasında aerobika gimnastları təsnifat yarışlarında güclərini sınayırlar
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Turnirin birinci günündə təsnifat yarışları keçirilib.

Əvvəlcə 7-8 yaşlı gimnastlar fərdi və üçlük proqramında çıxış ediblər.

Fasilədən sonra 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.

Xəbər 822 dəfə oxundu.