Dünya çempionatının ikinci mərhələsində millimiz ilk oyunda İtaliya yığması ilə qarşılaşacaq
Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisi ilk oyunda İtaliya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası F qrupunda İtaliya ilə yanaşı, Çin, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq.

Cədvələ əsasən oktyabrın 7-də başlayacaq yarışın ilk günündə Türkiyə yığması Rusiya, Bolqarıstan komandası ABŞ, Çin idmançıları isə Tailand voleybolçuları ilə qarşılaşacaqlar.

Azərbaycan millisi oktyabrın 8-də Çin, 10-da Türkiyə, 11-də isə Bolqarıstan idmançılarına qarşı mübarizə aparacaq.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaq.

AZƏRTAC

Xəbər 1067 dəfə oxundu.