Andre Meyerdən təşəkkür
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti azərbaycancanlı həmkarlarına minnətdarlıq məktubu göndərib. İdman.com.az saytının məlumatına görə, Andre Meyer Bakıda keçirilmiş Çempionlar Liqasının “dördlər finalı”nda təşkilatçılıqdan razı qaldıqlarını bildirib. O, CEV-in İcraiyyə Komitəsi adından göndərdiyi məktubda AVF-ə təşəkkürünü çatdırıb:

“Biz Azərbaycan Voleybol Federasiyasının hər biz üzvinə “dördlər Finalı”nda yüksək səviyyədə çalışdıqlarına görə hər birimiz adından təşəkkürümüzü bildiririk. Çempionlar Liqasının həlledici mərhələsində heç bir Azərbaycan komandası iştirak etməsə də, bütün komandalar və qonaqlar üçün hər bir şərait yaradılmışdı. Bu cür mötəbər yarışın finalına ev sahibliyi etmək həm çətin, həm də məsuliyyətlidir. Buna baxmayaraq, Azərbaycan Voleybol Federasiyası bunun öhdəsindən yüksək səviyyədə gəldi”.

Meyer və İcraiyyə Komitəsinin üzvləri sonda Azərbaycan voleyboluna və Azərbaycan klublarına uğurlar arzulayıblar.
Qeyd edək ki, Bakıda təşkil edilmiş “dördlər finalı”nda “Fənərbağça” qalib adını klubu qazanmışdı.

Xəbər 1072 dəfə oxundu.